Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"dan qalib kimi ayrılmaq istəyirəm" - Marko Yankoviç
    6.01.2026 10:29:20

    “Mən hər şeyə geniş prizmadan baxıram. Klubun sistemi, baş məşqçinin ideyaları və futbolçu keyfiyyəti üst-üstə düşməlidir. Karyeramın ən yaxşı oyunlarını məhz "Qarabağ"da keçirdiyimə inanıram”.

    Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç "Mozzart Sport" portalına açıqlamasında deyib.

    Futbolçu bildirib ki, klub onu Monteneqro millisində çıxışları zamanı, xüsusilə Marko Veşoviçi izləyərkən tanıyıb. Yankoviç deyib ki, həmin vaxtdan "Qarabağ"ın ciddi sistemi və prinsipləri olan klub olduğunu bilib.

    Monteneqrolu yarımmüdafiəçi baş məşqçi Qurban Qurbanov haqqında isə yüksək fikirlər səsləndirib: "Onun haqqında kitab yazmaq olar. Ambisiyası, zəhmətkeşliyi və sistemli işi futbolçulara da keçir. "Qarabağ" hər kəs üçün olan bir klub deyil, amma Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.

    Nəşr yazıb ki, doğma şəhəri uzun müddət işğal altında olduğu üçün ev oyunlarını Bakıda keçirən “Qarabağ” Avropa matçlarında 30 mindən çox azarkeş toplayır. Yankoviç klubun son illər Avropada populyarlığının xeyli artdığını, lakin daxili çempionatda tribunaların daha boş olduğunu vurğulayıb.

    Marko Yankoviçin “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləsi var. Gələcəyi ilə bağlı isə o, belə deyib: “Ən uzun dövrü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim. "Qarabağ"dan qalib kimi ayrılmaq, yaddaşlarda uğurlarla qalmaq istəyirəm”.

    Xatırladaq ki, 2022-ci ildən "Qarabağ"da çıxış edən Marko Yankoviçin başqa klublardan təkliflər alması ilə bağlı xəbərlər yayılıb.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    "Rəqibin oyununu yaxşı analiz etmişik" - Rəhman Daşdəmirov

    22.09.2026 21:33:39
    Futbol

    "Biz Avropa görməmiş insan deyilik" – Ayxan Abbasov

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    "Rəqibin oyununu yaxşı analiz etmişik" - Rəhman Daşdəmirov

    22.09.2026 21:33:39

    "Biz Avropa görməmiş insan deyilik" – Ayxan Abbasov

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12

    "Qarabağ"dan müvəqqəti dəyişiklik - FOTO

    22.09.2026 17:56:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved