"Zirə" heyətinə yeni futbolçu qatıb.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, "qartallar" Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadə ilə güclənib.
Xorvatiyanın "Varajdin" klubuna məxsus 24 yaşlı oyunçu mövsümün sonuna qədər icarəyə götürülüb.
O, yayda "Varajdin"lə 3 illik anlaşıb. Arxada qalan müddətdə meydana çıxdığı 10 oyunda 1 qol və 2 assistlə yadda qalıb.
R. Abdullazadə daha əvvəl ölkəmizdə "Sumqayıt" və "Səbail"də forma geyinib.

