“Neftçi” və Benin milli komandasının yarımmüdafiəçisi Sessi D`Almeyda Afrika Millətlər Kubokunda bu gün Misirlə keçiriləcək 1/8 final matçında iştirak edə biləcək.
Prosport.Az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Qernot Ror açıqlama verib.
Xatırladaq ki, D`Almeyda Botsvana ilə (1:0) görüşdə yüngül zədə alıb və Seneqala (0:3) qarşı matçı buraxıb.
Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinin Misir - Benin görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

