“Zirə”nin qış təlim-məşq toplanışı zamanı yoxlama görüşündə üz-üzə gələcəyi rəqiblərdən biri müəyyənləşib.
Prosport.Az xəbər verir ki, qəsəbə təmsilçisi Antalya hazırlığı zamanı Ukrayna klubu “Aleksandriya” ilə görüşəcək.
Yanvarın 10-da Türkiyəyə yollanacaq Rəşad Sadıqovun yetirmələri ayın 16-da ukraynalılarla qarşılaşacaq və ertəsi gün vətənə qayıdacaq. “Zirə”nin Antalyada olduğu müddətdə keçirəcəyi ilk yoxlama matçının tarixi və rəqib hələ dəqiqləşməyib.
Qeyd edək ki, yanvarın 3-də Bakıda bir araya gələn “Zirə” ayın 10-dək paytaxtda hazırlıq keçəcək.

