İngiltərə Premyer Liqasında XIX turun oyunları keçirilir.
Prosport.Az xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Liverpul" doğma meydanda "Lids"i qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra Mersisayd klubu turnir cədvəlində 33 xalla 4-cü, "Lids" isə 21 xalla 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Liverpul"la yanvarın 29-da İngiltərədə üz-üzə gələcək.

