Almaniya 2-ci Bundesliqasının XII turunda “Herta”ya (Berlin) 0:1 hesabı ilə uduzduqları görüşdə zədələnən “Kayzerslautern”in və millimizin futbolçusu Mahir Emrelinin bərpa prosesi daha da sürətli gedir.
Prosport.Az xəbər verir ki, 28 yaşlı hücumçu artıq fərdi məşqlərə başladığı üçün vaxtından əvvəl meydana qayıda bilər.
O, gələn həftə topla məşqlərə start verəcək. Azərbaycan millisinin üzvünün ən pis halda çempionatın qarşıdakı 2 turunu buraxacağı ehtimal edilir.
2-ci Bundesliqanın növbəti turuna yanvarın 16-da start veriləcək.

