Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın uğurları təsadüf deyil" - Tahir Gözəl
    30.12.2025 11:47:35

    “Arxada qoyduğumuz il futbol meydanlarında sevincdən göz yaşlarına, qürurdan həyəcan dolu anlara qədər saysız-hesabsız unudulmaz xatirələrlə yadda qaldı. “Qarabağ” 2025-ci ildə də yalnız nəticələrlə deyil, ortaya qoyduğu xarakter, sarsılmaz iradə və qələbə ruhu ilə öz adını bir daha zirvələrə yazdırdı. 2024/25 mövsümünü böyük uğur və inamla başa vuran komandamız 12-ci dəfə Azərbaycan çempionu olaraq ölkə futbolundakı liderliyini bir daha təsdiqlədi və UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindən etibarən növbəti tarixi yürüşünə başladı".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl 2025-ci ilin yekunları ilə bağlı danışarkən deyib.

    Türkiyəli funksioner 2025-ci ili komanda üçün uğurlu adlandırıb: "Təsnifat mərhələlərində meydanda nümayiş etdirilən hər oyun, hər mübarizə və hər son fitə qədər davam edən əzm bizi ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə daşıdı. “Benfika”, “Kopenhagen” kimi Avropanın nəhəng klubları üzərində qazanılan qələbələr təkcə xallar deyil, bütün Azərbaycan futbolu üçün qürur mənbəyinə çevrildi. “Qarabağ” tarixdə ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan Azərbaycan təmsilçisi kimi adını futbol tariximizin qızıl səhifələrinə yazdırdı"

    O, "Qarabağ"ın Avropanın ən güclüləri ilə eyni səviyyədə oynamaq gücünə malik olduğunu söyləyib: "Klublararası dünya çempionatının qalibi olmuş İngiltərə nəhəngi "Çelsi" ilə aparılan möhtəşəm, nəfəskəsən və qürurverici mübarizə bir daha göstərdi ki, "Qarabağ" Avropanın ən güclüləri ilə eyni səviyyədə dayanmaq gücünə malikdir. Qazanılan hər xal, yaşadılan hər an milyonlarla azarkeşimizin ürəyində silinməz iz buraxdı. Bu uğurlar təsadüf deyil. Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunun nüfuzunu qorudu və onu daha da yüksəklərə daşıdı. Bu uğurlar təsadüf deyil. Hər qələbənin, hər tarixi anın arxasında illərin zəhməti, fədakarlığı, peşəkarlığı və böyük inamı dayanır. Komandamız həm ölkə daxilində, həm də beynəlxalq arenada adına və tariximizə layiq mübarizə apararaq Azərbaycan futbolunun nüfuzunu qorudu və onu daha da yüksəklərə daşıdı".

    T. Gözəl azarkeşlərin dəstəyini də xüsusi qeyd edib: "Azarkeşlərimizin sarsılmaz sevgisi və dəstəyi, futbolçularımızın meydandakı qətiyyəti, klubumuzda hökm sürən birlik və ailə ruhu 2025-ci ilin ən böyük qələbəsi, ən dəyərli qazancı oldu. Biz bu birliklə, bu inamla və bu qürurla qarşıdakı illərdə daha böyük hədəflərə, daha uca zirvələrə doğru yolumuza davam edəcəyik. Çünki bu yolun adı "Qarabağ"dır və bu hekayə hələ yeni başlayır".

    Klub prezidenti qarşıdakı ildə daha böyük nailiyyətlər əldə edəcəklərinə inanır: "Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Bu əlamətdar gün həm dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların birliyini və həmrəyliyini ifadə edir, həm də yeni ilin astanasında hər birimiz üçün yeni ümidlər, yeni hədəflər yaradır. Xüsusilə ölkəmizin inkişafı və idman sahəsində, o cümlədən komandamızın uğurlarında Prezident İlham Əliyevin dəstəyi danılmazdır və bizə böyük ruh yüksəkliyi verir. Bu xoş fürsətdən istifadə edərək Prezident İlham Əliyevi də səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, ölkəmizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətində yeni uğurlar arzulayıram. İnanıram ki, qarşıdakı ildə də birlik, inam və əzm sayəsində daha böyük nailiyyətlər əldə edəcəyik. Komandamız öz üzərinə düşən məsuliyyəti dərk edərək bütün gücü ilə çalışacaq və xalqımıza yeni-yeni sevinclər, qürurverici anlar bəxş edəcək. Qoy 2026-cı il hər bir azərbaycanlı üçün uğurlu, bərəkətli və yaddaqalan olsun".

    Futbol

    "Qarabağ"ın legioneri addım-addım milliyə doğru

    6.03.2026 10:37:59
    Futbol

    "Oyunlardan sonra yata bilmirəm" - Kaxaber Sxadadze

    5.03.2026 22:44:34
    Futbol

    "Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır" - Valdas Dambrauskas

    5.03.2026 21:56:23
    Futbol

    Qəbələdə dramatik oyun: "Sabah" penaltilərlə yarımfinalda - VİDEO

    5.03.2026 20:57:19
    Futbol

    "Mingəçevir"dən səfər qələbəsi, Zaqatalada 7 qol - VİDEO

    5.03.2026 17:55:37
    Futbol

    "Bu, komandanı ayıltmaq kimi bir şeydir" - Azər Bağırov

    5.03.2026 17:15:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın legioneri addım-addım milliyə doğru

    6.03.2026 10:37:59

    Qran-pri: Cüdoçularımızın ilk rəqibləri bilindi

    6.03.2026 10:03:50

    "Bizə qələbə daha çox lazım idi" - Anar Sarıyev

    5.03.2026 23:46:16

    Daha bir cüdo zalı fəaliyyətə başladı

    5.03.2026 23:29:36

    "Oyunlardan sonra yata bilmirəm" - Kaxaber Sxadadze

    5.03.2026 22:44:34

    "Sərhədçi" "Ordu"nu məğlub etdi

    5.03.2026 22:32:51

    "Hər ölkədə belə “dəli” hesablar olur, hekayələr yazılır" - Valdas Dambrauskas

    5.03.2026 21:56:23

    Qazax stadionunun güləş zalı əsaslı təmir ediləcək

    5.03.2026 21:06:41

    Qəbələdə dramatik oyun: "Sabah" penaltilərlə yarımfinalda - VİDEO

    5.03.2026 20:57:19

    "Belə çətinliyə düşəcəyimizi gözləyirdim" - "Sumqayıt"ın baş məşqçisi

    5.03.2026 20:03:03

    "Sumqayıt"dan səfərdə çətin qələbə

    5.03.2026 18:13:15

    "Mingəçevir"dən səfər qələbəsi, Zaqatalada 7 qol - VİDEO

    5.03.2026 17:55:37

    "Bu, komandanı ayıltmaq kimi bir şeydir" - Azər Bağırov

    5.03.2026 17:15:51

    "Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik" - Ruslan Abışov

    5.03.2026 17:00:17

    Azərbaycan Kuboku: "Zirə"nin yarımfinaldakı rəqibi bilindi – VİDEO

    5.03.2026 16:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved