"Araz-Naxçıvan"ın mövsümün 2-ci yarısı üçün təlim-məşq toplanışının planları bəlli olub.
Prosport.Az xəbər verir ki, Naxçıvan təmsilçisi yanvarın 5-də Bakıda toplanacaq və paytaxtda hazırlıq keçəcək.
Komandanın yeni təyin olunmuş baş məşqçisi Andrey Demçenko isə qış toplanışı zamanı Bakıya gələcək. Onun yanvarın ilk günlərində paytaxtımıza təşrif buyuracağı gözlənilir.
"Araz-Naxçıvan"ı mövsümün qalan hissəsinə məhz ukraynalı hazırlayacaq.
Naxçıvan təmsilçisi təlim-məşq toplanışı zamanı 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

