“Kəpəz”in qış fasiləsindəki hazırlıq planı bəlli olub.
Prosport.Az xəbər verir ki, komanda yanvarın 3-də Gəncədə toplaşacaq.
“Sarı-göylər” yanvarın 10-da “Qəbələ”, 17-də isə digər autsayder “Karvan-Yevlax” ilə yoxlama oyunu keçirəcək. Bütün toplanış Gəncədə baş tutacaq.
Qeyd edək ki, “Kəpəz” növbəti ilin ilk rəsmi matçını yanvarın 24-də, Premyer Liqanın 17-ci turunda səfərdə “Qarabağ”la oynayacaq.

