"Turan Tovuz" futbolçusu Veysəl Rzayevlə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2022/2023-cü illər mövsümündən Tovuz təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub.

