"Neftçi"nin qapıçısı Rza Cəfərov klubunu dəyişir.
Prosport.Az "sportal"a istinadən xəbər verir ki, gənc qapıçı "Qəbələ"yə keçir.
"Qəbələ" onu mövsümün sonuna qədər icarəyə götürəcək. Cəfərovun "Neftçi"dən getməsinə səbəb davamlı oynamaq arzusunda olmasıdır.
Qeyd edək ki, Rza Cəfərov bu mövsüm "Neftçi"nin heyətində 1 rəsmi oyuna belə çıxmayıb. O, "Qəbələ" klubunun yetirməsi sayılır.

