“Neftçi” Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yarımmüdafiəçisi Dmitri Topalovla maraqlanır.
Prosport.Az xəbər verir ki, Ukrayna mətbuatının məlumatına görə, tərəflər arasında artıq danışıqlar başlayıb.
Paytaxt təmsilçisinin 27 yaşlı futbolçuya ilkin olaraq 6 aylıq müqavilə təklif etdiyi bildirilir.
Qeyd olunur ki, Dmitri Topalovun oyun performansı gözləntiləri qarşılayarsa, ona 1 illik müqavilə təklif olunacaq. Məlumata görə, komandanın baş məşqçisi Yuri Vernidub bu transferdə maraqlıdır və rəhbərliyə oyunçu barədə müsbət rəy verib.

