İngiltərənin “Liverpul” klubu Aleksander İsakın ağır zədələnməsi fonunda yeni hücumçu axtarır.
Prosport.Az xəbər verir ki, “qırmızılar”ın rəhbərliyi mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir.
Portuqaliyalı forvardın Paris klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir.
