Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Təbriz klubu İran çempionatında çıxışını dayandıra bilər – BƏYANAT
    26.12.2025 23:55:16

    Təbrizin “Traktor” klubu İran çempionatında iştirakını dayandıra bilər.

    Prosport.Az xəbər verir ki, Cənubi Azərbaycan klubunun sahibi Məhəmmədrza Zənnuzi-Mütləq bu barədə bəyanat yayıb.

    O, bəyanatında İran Futbol Federasiyasının rəhbəri Mehdi Tacı klub ətrafındakı proseslərə müdaxilə etməyə, əks halda isə istefa verməyə çağırıb. Zənnuzi-Mütləq FIFA-ya müraciət edəcəklərini istisna etməyib.

    Bəyanatın mətni klubun sosial media hesablarında yayılıb.

    “Cənab Tac ya İran futbolunu idarə etmək gücünə malikdir, ya da əgər bu gücü yoxdursa, istefa verməlidir. Əgər bu proses belə davam edəcəksə, “Traktor” klubunun bu liqada qalması üçün heç bir səbəb qalmayacaq. Ədalətli şəkildə idarə olunması mümkün olmayan bir futbolun ümumiyyətlə dayandırılması daha yaxşıdır.

    “Traktor” klubu xərc çəkmir ki, bəziləri pis idarəetmə ilə öz mənafelərini təmin etsin, bunun müqabilində isə bizim azarkeşlərimiz etnik şüarların hədəfinə çevrilsin. Bu şüarlar ya federasiyanın səssizliyi ilə qarşılanır, ya da bəzən onun qurumları tərəfindən görməzdən gəlinir. Bu davranışlar qəbuledilməzdir.

    Hakimliklərin mühəndisliyindən tutmuş bir çox planlaşdırmalara qədər hər şey elə aparılır ki, sanki “Traktor”un əleyhinə dizayn edilib. Bəzi texniki məsələlərdən keçmək olar, amma etnik təhqirlərdən əsla. Nə mən, nə də “Traktor” azarkeşləri bu mövzunu heç vaxt unutmayacağıq.

    Təəssüf doğurur ki, bir nəfərə ünvanlanan bir təhqirə görə “Traktor” misli görünməmiş cəzalarla üzləşir, amma ötən mövsüm müxtəlif stadionlarda “Traktora”, onun futbolçularına və ən əsası türklərə qarşı etnik təhqirlər səsləndirildi və federasiya heç bir ciddi addım atmadı. Bu ikili yanaşma açıq-aşkar ədalətsizliyin nümunəsidir.

    Sözüm cənab Taca və Futbol Federasiyasında yer alan hər kəsədir: “Traktor”un İran futboluna yad bir parça olduğunu düşünməsinlər. Bu cür idarəolunmazlıq, istər istəmədən, istərsə də bilərəkdən, ölkə xalqları arasında parçalanmanı dərinləşdirir. Əgər bu vəziyyəti düzəltmək gücünüz yoxdursa, məsuliyyəti başqasına verin.

    Ya bu futbol islah olunacaq, ya da “Traktor” klubu geri çəkiləcək və öz hüquqlarını bərpa etmək üçün hüquqi və beynəlxalq yollarla, o cümlədən FIFA vasitəsilə addımlar atacaq. Bu ölkənin xalqları etnik şüarlardan bezib və artıq bu vəziyyətə dözmək istəmir”, - deyə bəyanatda deyilir.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Rəqibin oyununu yaxşı analiz etmişik" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Rəqibin oyununu yaxşı analiz etmişik" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved