"Kəpəz" bu ilin yayında "Neftçi"dən icarəyə götürdüyü Elcan Əbilovun xidmətindən imtina edib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Misli Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi yeni qərarı barədə qarşı tərəfi məlumatlandırıb.
"Sarı-göylər" 1 illik sıralarına qatdığı 21 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verib.
Gənclər yığmasının da üzvü olan Əbilov "Kəpəz"də oyun praktikası qazanmır. Mövsümün əvvəlindən fərqli olaraq, son 3 ayda daha çox ehtiyatda qalıb.
