"Karvan-Yevlax" futbolçusu Səid İranxanla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, iranlı müdafiəçi ilə bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mövsümün əvvəlində Yevlax təmsilçisinə cəlb olunan S. İranxan komandanın heyətində 10 oyuna çıxıb, 1 qolun müəllifi olub.
