"Qarabağ" bir neçə klubdan təklif alan futbolçusu Marko Yankoviçə qiymət qoyub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin tələb elədiyi məbləğ təqribən 4 milyon avrodur.
Danışıqlar dalana dirənsə, Azərbaycan çempionu 500 min avro güzəştə gedə bilər.
Qeyd edək ki, Marko Yankoviç Yaponiya və Kipr klublarından sərfəli təklif alıb.
