"Qarabağ" futbolçusu Mateus Silva ilə danışıqlara başlayıb.
Prosport.Az xəbər verir ki, Ağdam klubu braziliyalı müdafiəçi ilə müqavilənin müddətini daha 1 il uzatmaq niyyətindədir.
Silvanın hazırkı sözləşməsi 2026/27 mövsümünün sonunda başa çatacaq.
Bundan başqa, "Qarabağ" Silva üçün rəsmi təklif göndərən istənilən klubla danışıqlar aparmağa hazırdır.
