Futbol üzrı Azərbaycan I Liqasının XII turunda “Mingəçevir” öz meydanında “Şahdağ Qusar”ı qəbul edib.
Prosport.Az xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında futbolçular arasında dava düşüb. Ehtiyat skamyasındakı oyunçuların da meydançaya daxil olmasından sonra matçda fasilə yaranıb.
Hər iki tərəfin məşqçilər heyəti futbolçuları çətinliklə sakitləşdirib. Bunun ardından matçın baş hakimi qarşılaşmanı yenidən davam etdirib. Oyun 1:1 hesabı ilə başa çatıb.
