Mozambik milli komandası Afrika Millətlər Kubokunda ilk oyununda çıxıb.
Prosport.Az xəbər verir ki, “Zirə”nin yarımmüdafiəçisi Rikardo Martinsin də yer aldığı milli Kot d`İvuar ilə qarşılaşıb.
Mozambik millisi 0:1 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu 79-cu dəqiqədə Amad Diallo vurub.
Martins 90 dəqiqə meydanda olub.
Mozambik növbəti oyunlarda Qabon (28 dekabr) və Kamerunla (31 dekabr) qarşılaşacaq.
