Misli Premyer Liqasının XVI turunda "Karvan-Yevlax" üzərində qazanılan çətin qələbə (2:1) "Neftçi" rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, əsas heyətdə meydana çıxanların hər birinə 2000 manat mükafat ödənilib.
Paytaxt təmsilçisi mövsümün ilk yarısında 16 tura 20 xal toplayıb. Onlar bu nəticə ilə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
