"Araz-Naxçıvan"da növbəti şok ayrılıq yaşana bilər.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Qara Qarayev düşərgədən getmək qərarı verib.
33 yaşlı yarımmüdafiəçi baş məşqçi Elmar Baxşıyevin komandadan ayrılmasından sonra burada qalmaq istəmədiyini rəhbərliyə bildirib.
Millimizin sabiq üzvü ötən mövsümün 2-ci yarısından muxtar respublika təmsilçisində forma geyinir. O, bu sezon 9 görüşdə meydanda olub.
Qeyd edək ki, Qara Qarayev daha əvvəl "Qarabağ" və "Neftçi"də çıxış edib.
