Misli Premyer Liqasının XVI turunun "Sumqayıt"la oyununda zədələnən “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayevin durumuna aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusunun zədəsi ciddi deyil. Onun qış təlim-məşq toplanışının startınadək tam sağalması gözlənilir.
Qeyd edək ki, "Sumqayıt" - "Sabah" görüşü qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
