“Zirə"nin qış hazırlıq planı bəlli olub.
Prosport.Az "qartallar" yanvarın 3-də Bakıda bir araya gələcək və ayın 10-a qədər hazırlığını paytaxtda davam etdirəcək.
Toplanışın 2-ci mərhələsi isə 10-17 yanvar tarixləri aralığında Türkiyənin Antalya şəhərində baş tutacaq. Komanda Antalyada 2 yoxlama oyunu keçirməyi planlaşdırır.

