Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolçuların 90 faizinə təklif var" – Qurban Qurbanov
    21.12.2025 18:20:43

    Misli Premyer Liqasının XVI turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Sanki oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. 3 xal yerinə düşdü. “Qəbələ” bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Sxadadze ilə rəqin olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

    – Kamilo Duran tez-tez sürüşürdü. Bu, meydançanın durumu ilə bağlı idi?

    – Tək Duran yox, çox futbolçu sürüşürdü. Sonradan oyuna girəndə futbolçunun hazırlığı yüksək səviyyədə olmur.

    – 2025-ci ili necə dəyərləndirirsiniz?

    – Çox yaxşı. Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolçu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq.

    – İlin ən yaxşı futbolçusu kimi hesab edirsiniz?

    – Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını desəm, bəlkə də yanlışlığıa yol vermiş olaram. Kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Bəlkə də Bəhlul daha satbil oynadı. Elvin Cəfərquliyevin də yaxşı oyunları oldu.

    – Qışda komandanı tərk edəcək futbolçu olacaq?

    – Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.

    – Juninyo üçün rəsmi təklif göndərmişdiniz? 

    – Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun “Sevilya”ya getməsini istəyirdim. Amma “Flamenqo” braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də buna görə oranı seçdi.

    – Pedro Bikalyonun adı Braziliya klubları ilə hallanır…

    – Bəli, təklif olub. Bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da “başı” gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Rəqibin oyununu yaxşı analiz etmişik" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Rəqibin oyununu yaxşı analiz etmişik" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved