Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Emin Mahmudov mənim 1-ci köməkçimdir" - Yuri Vernidub
    20.12.2025 16:35:29

    Misli Premyer Liqasının XVI turunun “Karvan-Yevlax” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə fikirlərini bölüşüb.

    – 2-ci hissədə daha aktiv olan “Neftçi” nə üçün 1-ci hissədə bu oyunu oynaya bilmədi?
    – 2 fərqli hissə oldu. 1-ci hissədə oyunçular gözlənilən sürəti, intensivliyi göstərə bilmədilər. Rəqib də ciddi epizodlar yarada bilməmişdi. Onlara penalti şansı verdik. 2-ci hissədə tamamilə başqa cür oldu. Oyunçulara bildirdim ki, sürəti artırmasaq, heç nə alınmayacaq. Fasilədən sonra ilk dəqiqələrdən rəqib oyunun vaxtını aparırdı. Buna görə də irəli atıldıq ki, oyunun taleyini müəyyən edək. 2-dən daha çox qol vura bilərdik. İmkanlarımız oldu, lakin dəyərləndirə bilmədik. 100 faizlik epizodlarımız var idi. Faraj, Sambu çox fürsət qaçırdı.

    – İlk səfəriniz bölgəyə oldu. Buradakı ab-hava haqda fikirləriniz nədir? Süni örtüklü meydança haqda nə düşünürsünüz?
    – Ukraynada sintetik meydançada oynamağa icazə verilmir, amma burda normaldır. Hər iki komanda üçün şərait eyni idi. Düzdür, daha çox təbii örtüklü meydançada məşqlər keçirik. Daha tez gəlib, hazırlaşa bilərdik, amma istəmədim. Çünki məşq zamanı zədə ehtimalı var idi.

    – Komandaların formaları bir-birinə çox bənzəyirdi. Sizcə, qeyri-dəqiq ötürmələrə səbəb bu idi?
    – Mənə də elə gəlirdi ki, formalar oxşardır. Bizdə ağ, rəqibdə ağ-qara idi. Bəlkə də, müəyyən məqamlarda oxşarlıqlar olurdu. Daha dəqiq oyunçulardan soruşmaq lazımdır.

    – Vensan Abubakar gəlişinizdən sonra daha az şans qazanır. Ona ismarıc verirsiniz ki, sisteminizə uyğun deyil?
    – Abubakar dünya futbolunun ulduzudur. Ona ismarıcım yoxdur. Komandaya mövsümün ortasında qoşulub. Durumu haqda nəsə demək çətindir. Daha çox məşqlərdən sonra dəqiq nəsə demək olar.

    – Ötən mətbuat konfransında demişdiniz ki, komandada 2 problem var – fiziki durum və oyun intizamı. Hansını düzəltmək daha asandır?
    – “Sumqayıt”la oyundan 5 gün keçib. Bu müddətdə fiziki durumu düzəltmək demək olar, mümkün deyil. Ona görə futbolçulara daha az yüklənmə verdik. Oyun intizamını düzəltmək üzrəyik. Dediklərimə əməl etməyən oyunçular daha az oynayacaq. Futbolçulara hörmət edirəm və onlardan bunun qarşılığını gözləyirəm.

    – Andrey Ştoqrinin komandada qalmaq ehtimalı var?
    – Toplanışlarımız olacaq. Vəziyyətə baxacağıq. Ştoqrini Ukraynadan tanıyıram. Qalmasını çox istərdim. Çox yaxşı fiziki formadadır. O, nəinki 90, 120 dəqiqə oynamağa hazırdır. Kapitan Emin Mahmudov da artırıb və komandanı arxasınca aparır. Çünki kapitan lider olmalıdır. O, mənim 1-ci köməkçimdir.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Rəqibin oyununu yaxşı analiz etmişik" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Rəqibin oyununu yaxşı analiz etmişik" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved