"Krasnodar"ın çalışdırıcısı Murad Musayev noyabr və dekabr ayları üçün Rusiya Premyer Liqasının ən yaxşı məşqçisi seçilib.
Prosport.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis səslərin 31,57%-ni toplayıb. Andrey Talalayev ("Baltika") 24,49% səslə 2-ci yeri tutub, Mixail Qalaktionov ("Lokomotiv") isə 23,25% səslə ilk "3-lüy"ü tamamlayıb.
Noyabr və dekabr aylarında "Krasnodar" 3 oyunda qalib gəlib və 2 heç-heçə edib. Komanda 18 turdan sonra 40 xalla Rusiya Premyer Liqasında turnir cədvəlinə başçılıq edir.

