Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram" – Valdas Dambrauskas
    18.12.2025 22:11:15

    Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Futbolçularımı təbrik edirəm. Onları tərifləmək istəyirəm. İnanılmaz performans göstərdik. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Stadionda əla atmosfer var idi. Azarkeşlər üçün yaxşı, keyfiyyətli oyun oldu.

    – Zirvəyə qalxmaq asan, orada qalmaq çətindir. Liderliyinizi sona qədər qoruya biləcəksiniz?
    – Turnir cədvəlinə sonda baxacağıq. Paltardəyişmə otağında da uşaqlara dedim ki, qarşıda qış fasiləsinədək hələ bir oyun var. Sabah yaxşı bərpa məşqçi keçməliyik. Birinci gün də eyni performansı göstərməliyik. Rəqiblər bizə fərqli yanaşır. Qarşımızı almaq üçün əllərindən gələni edirlər. Ümumi olaraq, inkişafımızdan razıyam və bunu davam etdirməliyik.

    – Tez-tez oyunçularınızdan narazılığını bildirirdiniz. Bu gün nədənsə narazı qaldınız?
    – Bugünkü oyunda da narazı qaldığım məqamlar var idi. “Qarabağ” ilk hissədə bizə cinahlardan boşluqlar verirdi, say üstünlüyü yaradıb, cərimə meydançasına daxil olsaq da, yararlana bilmirdik. Top komandalara qarşı belə epizodlardan yararlana bilməzsənsə, çətin ola bilər. 2-ci hissədə daha yaxşı oynadıq. Bu gün çoxlu qol fürsətləri yaratdıq. Rəqibə göstərdiyimiz təzyiqə baxmaq lazımdır. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Oyunun ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddindən artıq hörmət göstərdik. Keçidlərdə yaxşı çıxış etmədik. Düzəltməli olduğumuz çox şey var.

    – Heyətlə bağlı planlar nədir? Gələnlər və gedənlər olacaq?
    – Bu heyətdən çox məmnunam. Potensiallı oyunçularımız var və daha da artıra bilərik. Zədəlilərimiz var – Cesse Sekidika, Zinedin Uld Xaled. Cesse ötən mövsüm çox qol vuranlardan olub. Onun qısa zamanda formasını bərpa etməyinə ümid edirik. Xaled 3 aydan çoxdur ki, zədəlidir. Onlar hələ potensiallarını göstərə bilməyib. Yeni transferlər barəsində tələsməməliyik. Rəhbərliklə danışacağıq. Gələcək oyunçular üslubumuza uyğun olmalıdır. Variant olsa, tələsmədən, detallı şəkildə müzakirə edəcəyik.

    – Aaron Maludanı komandada saxlamaq üçün indidən danışıqlara başlamağı düşünürsünüz?
    – Mən məşqçiyəm, idman direktoru, menecer deyiləm. Mənim işim oyunçuların bacarıqlarını artırmaqdır. Aaron gənc, ağıllıdır. Böyük işlər görür. Etdiklərindən məmnunuq. Lakin daha da artırmaq potensialındadır. Onun klubdakı taleyi mənimlə bağlı deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdır.

    Futbol

    "Qarabağ"ın heyətində keyfiyyətli futbolçuları var" – MOİK-in futbolçusu

    24.07.2026 10:57:15
    Futbol

    "İndiyədək heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam" - Xoni Montiel

    24.07.2026 10:56:12
    Futbol

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    24.07.2026 10:00:59
    Futbol

    "Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur" - Rəşad Sadıqov

    23.07.2026 23:51:19
    Futbol

    "MOİK-in futbolçuları birəbir müdafiədən həzz alırlar" - Qurban Qurbanov

    23.07.2026 23:13:03
    Futbol

    "Qarabağ"ı məğlub edəcəyimizə çox inanırıq" - Xristo Yanev

    23.07.2026 22:48:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın heyətində keyfiyyətli futbolçuları var" – MOİK-in futbolçusu

    24.07.2026 10:57:15

    "İndiyədək heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam" - Xoni Montiel

    24.07.2026 10:56:12

    Onur Quluzadəni Qazaxıstana göndərdilər

    24.07.2026 10:30:08

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    24.07.2026 10:00:59

    "Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur" - Rəşad Sadıqov

    23.07.2026 23:51:19

    "MOİK-in futbolçuları birəbir müdafiədən həzz alırlar" - Qurban Qurbanov

    23.07.2026 23:13:03

    "Qarabağ"ı məğlub edəcəyimizə çox inanırıq" - Xristo Yanev

    23.07.2026 22:48:35

    Mahir Emreli "Rakuv" karyerasına qolla başladı - VİDEO

    23.07.2026 22:25:20

    Avropa Liqası: "Qarabağ" Bakıda MOİK-ə qalib gələ bilmədi - VİDEO

    23.07.2026 21:57:02

    "Zirə" son dəqiqələrdə buraxılan qolla uduzdu - VİDEO

    23.07.2026 21:51:30

    "Səbail" Türkiyədə hazırlıq keçəcək

    23.07.2026 21:22:58

    Millimizin heyəti açıqlanıb

    23.07.2026 19:41:14

    "Payde" - "Zirə": HEYƏTLƏR

    23.07.2026 19:10:51

    "Qarabağ" - MOİK: HEYƏTLƏR

    23.07.2026 19:02:47

    Azərbaycan komandası Avropa Universitet Oyunlarının yarımfinalında

    23.07.2026 18:16:24
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved