Azərbaycan Premyer Liqası və I Liqasında fəaliyyət göstərən UEFA Pro kateqoriyasına malik məşqçilərin sayı açıqlanıb.
Prosport.Az xəbər verir ki, bu barədə məlumat AFFA-nın 2025/2026-cı illər mövsümü ilə bağlı klubların lisenziyalaşdırılması üzrə hesabatında verilib.
Belə ki, 2025-ci ildə “UEFA PRO” kateqoriyalı baş məşqçilərin sayı 10, eyni kateqoriyaya sahib baş məşqçi köməkçilərinin sayı isə 5 olub.
