“Qəbələ”nin futbolçusu İbrahim Sanqare 2 oyunluq cəzalanıb.
Prosport.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Futbolçu Premyer Liqanın XV turunun “Kəpəz”lə görüşündə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün qarşıdakı 2 matçı buraxacaq. “Qəbələ” klubu isə 1000 manat məbləğində cərimə edilib.
Həmin matçda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klub 700 manat ziyana düşüb.
