Polşa Ekstraklasasının III turunun təxirə salınmış oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” (Lublin) evdə "Yaqelloniya" ilə 1:1 hesablı heç-heçə edib.
Dadaşov meydana 83-cü dəqiqədə daxil olub.
Qeyd edək ki, hazırda "Motor"un aktivində 21 xalı var və 11-ci pillədədir.
