Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Döyüşə girmişiksə, qaçmayacağıq" - Qurban Qurbanov
    15.12.2025 13:27:08

    Komanda.az saytının jurnalistlərin arasında keçirdiyi sorğuya əsasən Qurban Qurbanov Azərbaycanda 2025-ci ilin ən yaxşı baş məşqçisi seçilib.

    ProsportAz xəbər verir ki, tədbirdə iştirak edən 53 yaşlı mütəxəssis fikirlərini bölüşüb:

    "Bu ölkənin övladlarıyıq. Tənqidləri, narazılıqları övlad kimi qəbul edirik, küsməyə, inciməyə haqqımız yoxdur. Döyüşə girmişiksə, qaçmayacağıq. Sabah bəlkə yaxşı olmayan nəticələr olar. Amma bu işə əl qoymuşuq, qaçmaq üçün gəlməmişik. Uduzsaq da, şərəflə uduzmaq istəyirik. Bu, bizim prinsipimizdir. Səs verən hər kəsə təşəkkür edirəm. 

    Bu mövsüm Azərbaycan futbolu üçün uğurlu oldu. Məqsədimiz Çempionlar Liqasının əsas mərhələsinə düşmək idi. Bu mövsüm bacardıq. Rəqiblərə baxanda bəlkə hamı düşünürdü ki, bir qələbə olsun bəsdir. Artıq iki qalibiyyətimiz var. Böyük klublara qarşı özü də. Belə komandaların Azərbaycana gəlməsinə sevinirəm. Xalqımız böyük futbolun nə olduğunu bilir. Hamı da buna hazırlaşır. Gözləyirsiz ki, bir də belə rəqib Bakıya nə vaxt gələcək. Hər biriniz daha artığına layiqsiz. Son vaxtlar riskli futbol oynayırıq. "Ayaks"la matç komandanın fiziki göstəriciləri ən yuxarı olan oyunu idi. Hər bir oyunçu ən yaxşı səviyyədə qaçmışdı. Bu gün biz 60-70 dəqiqə dözə biliriksə, qarşımıza məqsəd qoyuruq ki, gələcəkdə daha da yuxarıya çataq. Milli çempionatda 90 dəqiqə ərzində oradakı tempi, sürəti görmürük. Çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq. "Qarabağ" olaraq avrokuboklarda cəsarətimizi daha da artırmışıq. Cəsarət, dözümlülük olmasaydı, istənilən səviyyəyə gəlib çatmazdıq.

    Təşəkkür edirəm ki, məni ən yaxşı seçmisiniz. Məsuliyyətimiz artır. Bu vətənin övladlarıyıq, hər bir tənqidi övlad kimi qəbul edirik. Fikrinizi azərbaycanlı kimi qəbul edirik. Həmişə düşünürük ki, tənqidlər komandamızın xeyrinədir. Çalışacağıq ki, işimizi daha da yaxşılaşdıraq. Böyük komandalara qarşı oynayaq üçün cəsarətimiz var.  Yıxılarıq, durarıq, amma sınmarıq. 

    Vətən müharibəsində aciz görünmürdük. Səfərlərə gedirdik. Düşmənlərimiz stadiona girirdilər. Amma bilmirdilər sonda nə olacaq. Biz də istəyirik ki, işimizi möhkəmləndirək və sonda ayaq üstə dura bilək. Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur. Özümüz də kasıblıqla böyümüşük. Daim qələbələr olsa, nə marağı olacaq? Kim bizi acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir ki, təşəkkür edirəm. Neqativ heç nə görməmişəmsə, xalqım haqda necə neqativ düşünə bilərəm? Həmişə xalqımla birlikdəyəm. Uduzsaq, həvəsdən düşməməyə çalışacağam".

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved