Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oyundan-oyuna daha təhlükəli "Sabah" gəlir" – Qurban Qurbanov
    14.12.2025 20:25:20

    "Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Vacib olan o idi ki, oyunçular intizamlı oynasınlar. Sonlara yaxın 1-2 boşluqlar oldu, ümumən çox diqqətli və intizamlı oyun göstərdilər. Baxmayaraq ki, qarşımızda topla yaxşı davranan komanda var idi. Yaxşı hücumlarımız oldu, yaxşı qollar vurduq. Rəqibə və öz komandamıza uğurlar arzulayıram. Azarkeşlərimizə də təşəkkür edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XV turunun “Araz-Naxçıvan”la görüşündən sonra mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını cavablandırıb.

    - Marko Yankoviçin yoxluğunda həmin mövqedə Joni Montiel, daha sonra Emmanuel Addai oynadı. Yankoviç hazır deyildi?

    - Yankoviçə istirahət vermişdik. Xeyli oyunçunu əsas heyətdə buraxmamışdıq. Çünki əvvəlki matç gərgin və sürətli keçmişdi. Son vaxtların ən çox maksimal sürətdə keçən oyunu idi. Hər oyunçunun göstəriciləri yüksək idi. 

    - "Sabah" - "Qarabağ"  matçından gözləntiniz nədir?

    - Həqiqətən də bugünkü nəticələri "Sabah"ın oyununa görədir. Oyundan-oyuna daha qabiliyyətli, daha təhlükəli "Sabah" gəlir, yaxşı kollektiv formalaşıb. Yaxşı oyun intizamları var. Çox ciddi rəqibə qarşı oynayırıq. Sadəcə bu gün və sabah oyunçulara istirahət verəcəyik. Futbolçularda istər-istəməz yorğunluq çoxalır. Düzü, rəqibi yaxından analiz etməmişik. Amma oyunlarına baxmışıq, "Neftçi" və "Turan Tovuz"la görüşünə baxmışıq. 

    - Kadinin sıradan çıxmasından sonra onun mövqeyində oynayan futbolçularda həmin performansı görə bilirsiniz?

    - Bəlli məsələdir. Hər oyunçunun uyğun mövqeyi var. Kadinin sıradan çıxması digər mövqelərə də təsirsiz ötüşmür. Çünki fərqli mövqedən olan oyunçunu orada oynayanda, sıxıntılarımz da olur. Bu da qaçılmazdır. Dünya futbolunda da var. Amma futbolçularım sağ olsunlar, nəticə üçün əlindən gələni edir. Hər bir kollektiv bir oyunçunun üzərində qurulmur. Kadı pleymeker zonasında oynayır, onu bəzən dayaq yarımmüdafiəçisi kimi də oynatmışıq. Rəqibdən də asılıdır. Kadi kimi qabiliyyətli, təcrübəli oyunçuların meydanda olması kollektivə, oyunumuzun qurulması üçün əlavə üstünlükdür. Çox istəyərəm ki, oyunçularım həmişə sağlam olsunlar.

    - Qış fasiləsinə 2 oyun qalıb. Futbolçular mövsümün əvvəlində ehtimal etdiyinizdən daha çoxunu verə biliblər? Futbolçuların göstəriciləri necədir?

    - Gözləntim olan futbolçulardan gözlədiyimi ala bilmişəm. Daha çox gözlədiyimdən elələri olub ki, ala bilməmişəm. Amma burada deməyim düzgün olmaz. Özləri bunu bilirlər və doğru-düzgün qəbul ediblər.

    - "Sabah”la matçın nəticəsi, yəni məğlubiyyət olarsa, çempionluq yarışına təsir edəcək?

    - Hələ qarşıda xeyli oyun var. Mövsüm başlayanda neçənci yerlərdə idik, xeyli sonra pillə-pillə qalxmağa başladıq. “Sabah” da belə idi. İndi daha yaxşı yerlərə yüksəliblər. Düzdür, vacib oyundur. Qalib gəlsək, o demək deyil ki, mövsümün sonunda çempion olacağıq. "Sabah"ın yaxşı kollektivi var. Həmin oyunun nəticəsindən asılı olmayaraq,  mübarizə davam edir. "Sabah" da bütün fikrini çempionata yönəldib.

    - Qadın və Uşaq Sığınacağında təkbaşına "Qarabağ"ın matçını izləyən azarkeş Əkbər Zülfüqarovla görüşmüsünüz?

    - Yox, hələ. Amma görüşəcəyik, buradadır.

    Futbol

    "Qarabağ"ın sol cinah oyunçusu məni heyran etdi" - Teodor İvanov

    24.07.2026 12:17:24
    Futbol

    Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

    24.07.2026 11:48:55
    Müsahibə

    "Mərhələni keçmək əsas hədəfimizdir" – Abdullah Zubir

    24.07.2026 11:11:18
    Futbol

    "Qarabağ"ın heyətində hər kəs təhlükəlidir" – MOİK-in futbolçusu

    24.07.2026 10:57:15
    Futbol

    "İndiyədək heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam" - Xoni Montiel

    24.07.2026 10:56:12
    Futbol

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    24.07.2026 10:00:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın sol cinah oyunçusu məni heyran etdi" - Teodor İvanov

    24.07.2026 12:17:24

    Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

    24.07.2026 11:48:55

    "Mərhələni keçmək əsas hədəfimizdir" – Abdullah Zubir

    24.07.2026 11:11:18

    "Qarabağ"ın heyətində hər kəs təhlükəlidir" – MOİK-in futbolçusu

    24.07.2026 10:57:15

    "İndiyədək heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam" - Xoni Montiel

    24.07.2026 10:56:12

    Onur Quluzadəni Qazaxıstana göndərdilər

    24.07.2026 10:30:08

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    24.07.2026 10:00:59

    "Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur" - Rəşad Sadıqov

    23.07.2026 23:51:19

    "MOİK-in futbolçuları birəbir müdafiədən həzz alırlar" - Qurban Qurbanov

    23.07.2026 23:13:03

    "Qarabağ"ı məğlub edəcəyimizə çox inanırıq" - Xristo Yanev

    23.07.2026 22:48:35

    Mahir Emreli "Rakuv" karyerasına qolla başladı - VİDEO

    23.07.2026 22:25:20

    Avropa Liqası: "Qarabağ" Bakıda MOİK-ə qalib gələ bilmədi - VİDEO

    23.07.2026 21:57:02

    "Zirə" son dəqiqələrdə buraxılan qolla uduzdu - VİDEO

    23.07.2026 21:51:30

    "Səbail" Türkiyədə hazırlıq keçəcək

    23.07.2026 21:22:58

    Millimizin heyəti açıqlanıb

    23.07.2026 19:41:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved