Azərbaycan millisinin və “Neftçi”nin sabiq futbolçusu Kamal Quliyevin səhhətində ciddi problemlər yaranıb.
Prosport.Az xəbər verir ki, veteran müdafiəçi bununla əlaqədar videomüraciət yayaraq AFFA-dan və futbol ictimaiyyətindən maddi dəstək istəyib.
O, bir neçə gün əvvəl verdiyi müsahibədə 40 min manata ehtiyacı olduğunu və qaraciyərinin dəyişdirilə biləcəyini deyib.
K.Quliyev 1999-2005-ci illərdə Azərbaycan millisində oynayıb. Hazırda 49 yaşı olan veteran futbolçu 2011-2014-cü illərdə “Neftçi”də məşqçi, 2014-2016-cı illərdə “Neftçala” komandasında baş məşqçi işləyib.
