Çempionlar Liqasında 6 turdan sonra komandaların statistik göstəriciləri açıqlanıb.
Prosport.Az xəbər verir ki, “Qarabağ” topu geri qazanmada 4-cü pillədədir. Azərbaycan çempionu geridə qalan 6 matçda 264 dəfə rəqiblərindən topu geri almağı bacarıb.
Bu göstəricidə ilk pillədə “Atletik” (Bilbao) qərarlaşıb. Onlarda bu göstərici 303-dür.
