“Neftçi”nin sabiq futbolçusu Azər Əliyevin yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını yenidən “Yenisey”də davam etdirəcək.
I Liqa təmsilçisi futbolçu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. O daha əvvəl 2013-2017-ci illərdə “Yenisey”də oynayıb.
Qeyd edək ki, Azər Əliyev 2022-ci ilin yanvarından bu ilin yayına kimi “Neftçi”nin formasını geyinib.
