Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Özüm də bilmirəm ki, Nəriman haqda nə deyim" - Qurban Qurbanov
    11.12.2025 00:35:38

    “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının VI turunda “Ayaks”a uduzduqları görüşdən (2:4) sonra jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Rəqibi təbrik etmək istəyirəm. Oyunsonrası baş məşqçiləri öz oyunçuları tərəfə getdi, görüşə bilmədik. Oyuna gəlincə, futbolçulardan razı qaldım. Son dönəmlərdə belə dinamik, sürətli oyun nadir hallarda olur. Sadəcə bu cür komandalar səhvləri bağışlamır və əllərinə düşən imkanları maksimum dəyərləndirirlər. Bura Çempionlar Liqasıdır, istənilən nəticəni gözləmək lazımdır. “Ayaks”da əvvəlki oyunlarda alınmayanlar bu oyunda alındı. Bundan öncə məğlub olmalarına baxmayaraq, yaxşı oynamışdılar. Hər bir halda, futbolçulardan razı qaldım. Döyüşərək məğlub olduq. Bu gün bərabərlik haqda düşünmürdük. Futbolçular qələbə ruhunu vermişdi. Sona kimi hücumda daha çox olduq. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün futbol bayramı idi, sadəcə qələbə çatmadı.

    – Qələbə istəyirdiz və öndə olduğunuz anlarda əks-hücumlardan qol buraxdınız…
    – Hazırlığımız necədirsə, sona kimi saxlamaq istəyirik. Belə böyük oyunlarda gücümüzü sona qədər sınamalıyıq. Qol vurandan sonra geri çəkilmək düzgün olmazdı. “Ayaks” topla çox yaxşı davranmağı bacarır. Riskə getdik, rəqibə pressinq etdik. Bizim qol epizodlarımız daha çox olub. Nədən razı qaldım? Demək olar, bir günün içində oyuna hazırlaşdıq. Rəqibə uyğun hazırlıqlarımız oldu.

    – “Bu cür komandalar səhvləri bağışlamır” dediniz. Hansı səhvləri nəzərdə tutursunuz?
    – İlk iki qol uzaqdan vurulan zərbələr idi. Diqqətsizlik yaranmışdı. 3 və 4-cü qol da əks-hücumda yaxalandıq. Hücuma çıxanda toplar itirdik. Oyunun sonlarında Elvin Cəfərquliyev sol cinahda daha diqqətli olmalı idi. Bizim cinah müdafiəçilərimiz hücumda daha aktiv çıxış edir. Sona yaxın futbolçularda yorğunluq var idi. Bəlkə də, həmin epizodlarda sürətdə uduzduq.

    – Oyunun qırılma anı Zubirin 2:1 öndə olduğunuz anda yaxşı imkanı qaçırması idi?
    – Çoxlu şanslarımız oldu. Saymaq olar, amma artıq gecdir. Qırılma anı demək üçün gecdir. Epizodlardan rəqib daha yaxşı istifadə etdi.

    – Oyuna sonradan daxil olanlardan razı qaldınız? Xüsusilə, Nəriman…
    – Tam razı qaldım deməzdim. Daha yaxşı oynaya bilərdilər. Sürəti artırmaq istəyirdik. Dəqiq olsaydılar, məncə, fərqli olardı. İlk dəfə deyil, bu baş verir. Bu gün alınmadı.

    – Nərimanın oyunu ilə bağlı narazılıq var. Azarkeşlər deyir ki, o oyuna daxil olandan sonra hücumda ləngimələr olur.
    – Nərimanla bağlı nə qədər vaxtdır, müzakirələr gedir. Özüm də bilmirəm, Nəriman haqda nə deyim. Nəsə fikir bildirsəm, azarkeşə qarşı çıxmış olaram. Nəriman daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, bu gün də. Oyunun əvvəlindən çox güc sərf etdik. Azarkeşlərin narazılığı ilə bağlı hansısa fikir bildirmək istəmirəm. Sadəcə Nəriman daha yaxşı oynaya bilərdi.

    – Hava şəraiti oyuna necə təsir etdi?
    – Ağır idi. Amma indi nəsə fikir bildirsəm, düzgün çıxmaz. Oyun bitib. Hər iki komanda üçün şərtlər eyni idi. Avropadan gələn komandalar ilboyu bu rejimdə, tempdə oynayırlar. Bu gün çox istəkli olmağımız bəlkə də, bizi yordu. Oyuna kənardan baxanda həzz alırdım. 90 dəqiqə dayanma, ləngimə oldu. Meydanda sürət, mübarizə var idi. Bugünkü matç son dönəmlərin ən yaxşı üç oyunundan biri idi. Xeyli sayda qol epizodları, qollar oldu.

    – “Ayntraxt”la oyundan öncə çempionatda bir aylıq fasilə olacaq. Amma Almaniyada liqa davam edəcək. Bu, komandaya mənfi təsir edə bilər?
    – Olar. Çünki onlar daha hazır olacaqlar. Hər bir halda, başqa yolumuz yoxdur, maksimum çalışmalıyıq. Bəzi yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Qarşıda çempionat matçlarımız var. Köklənmək psixoloji baxımdan asan olmayacaq.

    – Pley-off şanslarınızı necə dəyərləndirirsiniz?
    – Futbolçular məğlubiyyətə görə məyusdur. Onlar da şansdan maksimum istifadə etməyə çalışdılar. Paltardəyişmə otağında da kefsiz olduqlarını gördük. Onları qaytarmaq üçün vaxtımız olacaq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq.

    – U-19 komandası Gənclər Liqasında 6 oyuna xal toplaya bilmədi və böyükhesabla uduzdu. Bu haqda fikirlərinizi bilmək istəyirdim. O kollektivdən hansısa oyunçunun əsas komandaya gəlmək ehtimalı var?
    – Azərbaycan futbolunun yaralı yeridir. Bu gün 19 yaşlılarımızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu komanda hansı səviyyədə olacaq, maraqlıdır. Bu, bizim üçün böyük təhlükədir. Bəlkə, kənardan nəticələrimiz, vuruşmağımız bizi aldadır. Gələcəyə baxsaq, futbolumuzdakı fərqlər böyüyə-böyüyə gedir. Sonu necə olacaq, bilmirəm. “Qarabağ” olaraq mütləq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. Həm də 19 yaşlılarımızın çox 17, 18 yaşlı oyunçular idi, ilk dəfədir belə turnirdə iştirak edirlər. Rəqiblər böyüyə-böyüyə gəlirlər. Bu gün biz Çempionlar Liqasında oynayırıqsa, onlar 17 yaşlarından başlayır belə turnirlərdə oynamağa. Onların şəraitindən isə danışmağa dəyməz. Avropada uşaq futbolu deyəndə ağıla gələn ilk komanda “Ayaks”dır. Onların şəraitindən danışılası deyil. Onların şəraiti Azərbaycan futbolunun şəraitindən üstündür. Özüm də bir neçə klubda, akademiyada olmuşam. Onlarla biz yan-yana qoyulası deyilik. Fərq çox böyükdür.

    – Azərbaycanda futbolunda üzdə olan əsas iki simadan birisiniz. Gələcəyə ümid yoxdur?
    – Ümidsiz olacağıqsa, futboldan uzaqlaşmalıyıq. Çalışıb, onlarla ayaqlaşmalıyıq. Bu gün klub olaraq onlara qarşı mübarizə apara bilirik. Elə səviyyədə olan komandalardır ki… Bu gün futbol elə səviyyədədir ki, istənilən komanda digərinə qalib gəlmək gücündədir. Finallarda belə böyükhesablı nəticələr olur. Çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Hər bir halda, pozitiv olmalıyıq.

    Futbol

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39
    Futbol

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56
    Futbol

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50
    Futbol

    "Səbail" prinsipial oyunda inamlı qələbə qazandı

    6.03.2026 17:58:32
    Futbol

    Ötən ayın ən yaxşı qollarının müəllifləri müəyyənləşdi

    6.03.2026 17:14:07
    Futbol

    "Səbail"in baş məşqçisi Ümrə ziyarətinə gedib, orada ilişib qalıbmış – VİDEO

    6.03.2026 16:36:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Heç nə alınmadı, bərbad oynadıq" – Lənkəran təmsilçisinin baş məşqçisi

    6.03.2026 23:36:02

    Bölgə təmsilçilərinin duelini Naxçıvan klubu qazandı

    6.03.2026 22:47:06

    Cüdoçumuz Avstriyada qızıl medal qazandı – VİDEO

    6.03.2026 22:29:34

    Yayda "Qarabağ"ı tərk edəcək futbolçular bilindi – ADLAR

    6.03.2026 22:21:39

    AFFA "Qarabağ" – "Sabah" oyunundakı qalmaqalla bağlı məsələyə yenidən baxacaq

    6.03.2026 21:29:56

    Millimiz Taylanda 6 boksçu ilə yollanır - ADLAR

    6.03.2026 18:48:48

    "Sabah"ın məşqçisinin "Qarabağ"a etdiyi qeyri-etik jestin VİDEOSU

    6.03.2026 18:25:50

    "Səbail" prinsipial oyunda inamlı qələbə qazandı

    6.03.2026 17:58:32

    Ötən ayın ən yaxşı qollarının müəllifləri müəyyənləşdi

    6.03.2026 17:14:07

    "Səbail"in baş məşqçisi Ümrə ziyarətinə gedib, orada ilişib qalıbmış – VİDEO

    6.03.2026 16:36:50

    "Qarabağ"ın baş məşqçisinə 4 oyunluq cəza

    6.03.2026 16:14:11

    "Qarabağ"ın futbolçusu Fransa klubunda baxışda olacaq

    6.03.2026 15:45:34

    “Kəpəz”də yeni icraçı direktor - FOTOLAR

    6.03.2026 15:14:36

    "Qarabağ" "Sabah"la oyunda baş verənlərə görə 8700 manat cərimələndi

    6.03.2026 14:56:04

    "Neftçi" məşqçisi, futbolçuları və azarkeşlərinə görə ziyana düşdü

    6.03.2026 14:29:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved