"Kəpəz" Misli Premyer Liqasının XƏV turunda səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.
Prosport.Az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Maraqlı oyun keçdi. Futbolçularımın oyunundan çox razı qaldım. Bəxtsizliyimiz oldu. Əlimizə düşən fürsətləri vursaydıq, daha fərqli oyun gedəcəkdi. Səhvlərimizi təhlil edib daha da yaxşı olmağa çalışacağıq. "Araz-Naxçıvan"ı təbrik edirəm.
– Oyundan sonra hakimlərə nə dediniz?
– Təşəkkür etdim. Yaxşı oyun idarə etdilər. İdarəçilikdən razıyam.
