Misli Premyer Liqasında XIV turunda "Araz-Naxçıvan" "Kəpəz"i məğlub edib.
Prosport.Az xəbər verir ki, "Liv Bona Dea Arena"dakı matçda Naxçıvan kollektivi 2:0 hesablı qələbəyə sevinib.
Qolları Coşqun Diniyev (38) və Patrik Andrade (64) vurublar.
"Araz-Naxçıvan" turnir cədvəlində 23 xalla 6-cıdır. 6 xalı olan "Kəpəz" isə 11-ci yerdədir.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Şamaxı" "Karvan-Yevlax"ı (3:0), "Sabah" "Neftçi"ni (2:0) məğlub edib. "Zirə" - "Qarabağ" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1. "Qəbələ" - "Turan Tovuz" oyunu isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.
