Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ayaks" ilk qələbəsini qazanmaq istəyir, diqqətli olmalıyıq" – Qurban Qurbanov
    9.12.2025 17:55:58

    "Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunda Bakıda "Ayaks"ı qəbul edəcək.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

    – Çox vacib oyundur. Hazırlaşmağa çox vaxt olmadı. İstəyərdik ki, daha bir neçə gün vaxtımız olsun. Oyunun gedişatında fərqli rotasiyalar edən komandaya qarşı oynayırıq. Çox diqqətli olmalıyıq. Qarşımızda qalib gəlmək istəyən komanda var. İlk qalibiyyəti istəyəcəklər. "Ayaks"ın proqramına baxanda görərik ki, matça çox ciddi çıxacaqlar. Məşqi başqa yerdə edəcəklər. Görünən odur ki, bu qarşılaşmaya var gücləri ilə hazırlaşırlar. Çalışacağıq ki, yenə də öz istəkli oyunumuzu göstərək. Çox istəyərdik ki, bu oyunda daha çox yaradıcı olaq. Amma rəqib birə-bir oynamağı xoşlayan, fərqli rotasiyalar edən kollektivdir. Azarkeşləri sevindirmək və uğurlu nəticə əldə etmək üçün çalışacağıq.

    – Çoxları "Ayaks"a 3 xal gözü ilə baxır. Bu, komandaya müsbət, yoxsa mənfi təsir edir?
    – Ən təhlükəlisi də bu cür yanaşmadır. İstənilən komandanın xalı çox ola bilər və ya olmaya bilər. Biz də Liqa mərhələsinə düşəndə, rəqiblərimizi biləndə, bizə qarşı müəyyən fikirlər var idi ki, xalımız az ola bilər. Amma indi xeyli xalımız var. "Ayaks"a belə yanaşaraq bizdən 3 xal gözləmək təhlükəlidir. Amma güvənərək gözləmək yaxşıdır. Biz kənar fikirlərə diqqət ayırmayaraq, fikrimizi tam olaraq oyuna kökləməliyik. Çalışıb düzgün və intizamlı oynamalıyıq. Qarşımızda "Ayaks" var.

    – Niderland mətbuatı "Qarabağ"ı üstün hesab edir...
    – Buna azərbaycanlı kimi sevinə bilərəm. Əgər "Qarabağ"ı belə dəyərləndirirlərsə, ancaq sevinmək olar. Deməli, öz oyunumuzla, nəticələrimizlə, stabil çıxışımızla bunu haqq etmişik. Təkcə bu günə qədər yox, illərin gedişatına görə belə fikir formalaşıb. Bunun oyunun gedişatına təsiri olmalı deyil. Bunu bizim işimizə verilən dəyər kimi görmək olar. Demək ki, bizi dəyərləndirirlər, güvənirlər, qiymət verirlər. Sevindirici xəbərdir.

    – "Ayaks"ın sistemində dəyişikliklər olduğunu dediniz. Buna necə hazırlaşmısınız?
    – Oyunun gedişatında sistemdə dəyişikliklər edirlər. Bunu ilk dəqiqlərdən də edə bilirlər. Hücum xəttində fərqli sistem qururlar. Futbolçularımın oyunun gedişatında çox diqqətli olması lazımdır. Biz daha çox aktiv futbol oynamaq, rəqibə təzyiq göstərmək istəyirik. Sistemdə dəyişiklik olsa, futbolçularım bunu dərhal hiss etməlidir. Düşüncələr yalnış olmamalıdır. Olsa, qapıda təhlükə ola bilər.

    – "Qarabağ" Türkiyədə "Napoli" ilə matçda da favorit göstərilirdi. Hədəflərinizin neçə faizini etmisiniz?
    – Düşündüyümüz nəticəni etmişik və ya etməmişik, bunu demək çətin olar. "Benfika" ilə matçda Liqa mərhələsində ilk qələbəmizi qazandıq. Bunu yenilik kimi qəbul etdik. Sonra 2-ci qalibiyyət oldu. "Çelsi" ilə matçda da bərabərlik qeydə alındı. Ümumi götürsək, çox yaxşıdır, gözəl nəticədir. Amma biz dayanmaq istəmirik. Şansımız varsa, daha da irəli getmək, güvənli olmaq istəyirik. Böyük futbolda böyük uğurlar əldə etmək üçün etdiyin bəs etmir. Minimumu əldə saxlayıb, artığını etməlisən. Bu günə kimi olan oyundan, nəticədən, futbolçularımdan çox razıyam. Daha böyük və keyfiyyətli komanda olmaq üçün yenə nəticə vermək lazımdır. 

    – Ötən mövsümkü "Ayaks"la indiki komandanı müqayisə edəndə ortaya hansı fərqlər çıxır?
    – Futbol dedikdə həmişə "Ayaks" öndə olub. Onların oyun sistemi, oyun fəlsəfəsi, ələlxüsus da uşaq akademiyası həmişə tanınıb. "Ayaks" dedikdə Yohan Kroyf yadımıza düşür. Bugünkü baxımlı futbolun banisi odur. Belə dahi futbolçunun, məşqçinin ölkəsinin komandasıdırsa, burada məşqçilər dəyişə bilər, sistem həmişə qalacaq. Bəzi xırda detallar daim oyunun gedişatında olur. Biz heç vaxt onları düşünərək, oyuna hazırlaşmalı deyilik. "Ayaks"a qarşı oynayırıq. Qarşımızda çox ciddi komanda var. 

    – "Qarabağ"ın ÇL-dəki hər oyunundan sonra dünya mətbuatında çox işıqlandırılır, transfer şayiələri ortaya çıxır. "Qarabağ" qışda heyəti qoruyacaq, yoxsa oyunçuları satmağı planlaşdırırsınız?
    – İlin sonunda həmişə problemlər yaranır. Bir neçə oyunçumuz zədəli, yorğun olur. Mövsüm sona yaxınlaşdıqca istənilən böyük komandada problemlər müşahidə olunur. Biz daim heyətimizdə daha yaxşı, daha keyfiyyətli futbolçuların olmasının tərəfdarıyıq. Bunun da üzərində iş gedir. Dünya bazarına çıxmaq istəyiriksə, bu hallar mütləq olmalıdır. Yaxşı klublardan bizim oyunçulara təklif olarsa, bu bazara girmək üçün düşünə bilərik. Buna qədər bir neçə transferimiz olub. Özümüz də komandaya əlavə oyunçular gətirməliyik. İşin gedişatıdır. Elə şey yoxdur ki, bu futbolçu heç yerə getməyəcək, komandada qalacaq. İstəyirik ki, daha üstün liqalara getsinlər. Belə olan halda buna "yox" deməyəcəyik. İmkan olduğu qədər, qış transfer pəncərəsində bir neçə oyunçu cəlb etmək istəyirik ki, komandamız daha sağlam və daha keyfiyyətli olsun.

    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Futbol

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Azərbaycanla oyuna ciddi hazırlaşmışıq" - Kapitan

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved