"Ayaks"ın qapıçısı Vitezslav Yaroş UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ"la oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
Prosport.Az xəbər verir ki, "Liverpul"a məxsus olan çexiyalı qolkiper yaxşı oyun sərgiləməyə çalışacaqlarını bildirib:
"Ayaks"da xoşbəxtəm. Komandamız yaxşıdır. Hər şey gözəldir. Son 2 oyunda gördünüz ki, inkişaf etmişik. Şəxsən mən tərəfdən böyük inkişaf var. Sabah "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq".
Qeyd edək ki, "Qarabağ" – "Ayaks" qarşılaşması sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

