Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Ola bilsin, yanvarda rəhbərliklə bu haqda danışaq" – Füzuli Məmmədov
    7.12.2025 17:27:46

    "Oyuna çox ciddi hazırlaşmışdıq. Hazırlaşmaq üçün çox vaxtımız olmadı. Bərpa məşqləri ilə bərabər, taktiki məşqlər etdik. Onlar da azdır. Ən azından rəqibi təhlil etmişdik. Bilirdik ki, necə oynayacaqlar. Futbolçulara bu haqda məlumat vermişdik. İstəyirdik ki, uduzmayaq. Təəssüf ki, səhvlərimizə görə uduzduq. Amma heç ruhdan düşmürəm. Əminəm və inanıram ki, komandamız daha da yaxşı oynayacaq. Qarşıda daha 2 oyunumuz var və ondan sonra fasilə olacaq. Hər iki görüşə də maksimum hazırlaşacağıq. Əminəm ki, daha yaxşı komanda olacağıq. Bunun öhdəsindən yalnız iş və məşqlə gələ bilərik. Futbolçuların əzmkarlığı, inamı sayəsində uğur qazanacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının XIV turunun “Şamaxı” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Hər məğlubiyyətdən sonra baş məşqçiləri dəyişmək taktikası nə dərəcədə doğrudur?
    – Bu haqda çox şey deyə bilmərəm. Əlbəttə ki, klub rəhbərlərinin qərarıdır. Məşqçi olaraq, özümə və komandama inanıram. İnanıram ki, qarşıdakı oyunlarda daha uğurlu olacağıq.

    – "Karvan-Yevlax" "Qarabağ"a evdə də 0:2 uduzmuşdu, səfərdə də 0:2 uduzdu. "Şamaxı" ilə görüşlərdə də eyni hesablar oldu. "Karvan-Yevlax"ın oyununda inkişaf hiss edirsiniz?
    – Bir məşqçi üçün hazırlıq üçün vaxt olanda, o məşqçi daha yaxşı hazırlaşır. "Qarabağ"la oyuna yaxşı hazırlaşa bilməmişdik. Zamanımız olmadı. Kubok matçımız var idi. İndiki oyun üçün də futbolçuya heç bir yükləmə verə bilmirsən. Futbolçuların fiziki durumunda çatışmazlıqlar var. Çalışacağıq ki, onu aradan qaldıraq.

    – Bu heyət "Qəbələ" və "Kəpəz"i üstələyə bilər?
    – Futbolçularıma çox inanıram. Məşqlərdə çox istəklidirlər. Uduzmuşuq, çox üzülüblər. Yalnız işləmək və məşq etməklə öhdəsindən gəlmək olar.

    – Matç bitəndən sonra yerli azarkeşlər futbolçularınızı fitə basdılar, siz isə onlara "səbirli olun, düzələcək" dediniz. Nəyə ümid edirsiniz?
    – Azarkeşlər haqlıdır, bizdən qələbə gözləyirlər. Hamısını yaxşı başa düşürəm. Onların dəstəyi çox önəmlidir. Əminəm ki, bu işin öhdəsindən gələcəyik, onları sevindirəcəyik. İstəməzdik ki, evdə bu hesabla uduzaq. Azarkeşlər qələbə gözləyir. Çox istəyirdik ki, qalib gələrək onları sevindirək.

    – "Mingəçevir"də işlədiyiniz zaman komandanın 70%-ni dəyişdiniz və az da olsa, uğur əldə etdiniz. "Karvan-Yevlax" sizə o şəraiti yaradacaq?
    – Hazırda heç bir dəyişiklik edə bilmirik. Əlimizdə nə heyət varsa, onunla davam etməliyik. Taktiki və fiziki baxımdan yüksəliş olmalıdır. O ki qaldı qışdan sonraya, əlbəttə, güclənməliyik. Rəhbərliklə danışacağıq.

    – Hazırda komandanın baş məşqçisi rəsmi olaraq Azər Həşimovdur. Komandanın baş məşqçisi ola-ola bu posta gəlməyiniz haqda fikriniz necədir?
    – Daha çox oyunlara konsentrasiya olmuşam. Əminəm ki, tezliklə hər şey yoluna düşəcək.

    – Əsas rəqiblərinizdən biri "Kəpəz"dir. Yevlax stadionu isə onlara da icarəyə verilib. Sizcə, bu etik cəhətdən doğrudur? Bu barədə rəhbərliklə danışıb, etiraz etdiniz?
    – Bu mənə qədər verilmiş qərardır. Nəsə deyə bilmirəm. Ola bilsin ki, yanvarda rəhbərliklə bu haqda danışaq.

    – Sizə elə gəlmir ki, futbolçularınızın texniki imkanları çox aşağıdır? Bir neçəsini çıxmaq şərtilə, digərləri Premyer Liqada oynamaq səviyyəsində deyil...
    – Xeyr. Ola bilər ki, siz belə görürsünüz. Rəqibin də təzyiqi buna çox təsir edir. İnanın ki, futbolçularda özünəinam artsa, ötürmələr, açılmalar daha yaxşı səviyyədə olacaq.

    Futbol

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32
    Futbol

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27
    Futbol

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42
    Futbol

    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - FOTOLAR

    24.07.2026 13:39:22
    Futbol

    "Neftçi" cavab oyununa tam fərqli motivasiya ilə çıxacaq" - Yeqor Filipenko

    24.07.2026 13:18:38
    Futbol

    "Qarabağ"dan "Seltik"ə transfer Duranın karyerasında böyük sıçrayış deməkdir" - Şotlandiya mətbuatı

    24.07.2026 12:50:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42

    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - FOTOLAR

    24.07.2026 13:39:22

    "Neftçi" cavab oyununa tam fərqli motivasiya ilə çıxacaq" - Yeqor Filipenko

    24.07.2026 13:18:38

    "Qarabağ"dan "Seltik"ə transfer Duranın karyerasında böyük sıçrayış deməkdir" - Şotlandiya mətbuatı

    24.07.2026 12:50:16

    "Qarabağ"ın sol cinah oyunçusu məni heyran etdi" - Teodor İvanov

    24.07.2026 12:17:24

    Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

    24.07.2026 11:48:55

    "Mərhələni keçmək əsas hədəfimizdir" – Abdullah Zubir

    24.07.2026 11:11:18

    "Qarabağ"ın heyətində hər kəs təhlükəlidir" – MOİK-in futbolçusu

    24.07.2026 10:57:15

    "İndiyədək heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam" - Xoni Montiel

    24.07.2026 10:56:12

    Onur Quluzadəni Qazaxıstana göndərdilər

    24.07.2026 10:30:08

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    24.07.2026 10:00:59

    "Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur" - Rəşad Sadıqov

    23.07.2026 23:51:19

    "MOİK-in futbolçuları birəbir müdafiədən həzz alırlar" - Qurban Qurbanov

    23.07.2026 23:13:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved