"Qarabağ"ın UEFA Çempionlar Liqasında (ÇL) rəqibi olan İngiltərə təmsilçisi "Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyə hazırlaşır.
Prosport.Az xəbər verir ki, mersisaydlıların Premyer Liqanın XV turunda səfərdə "Lids"lə heç-heçə (3:3) etməsi rəhbərliyin növbəti dəfə narazılığına səbəb olub.
Buna görə niderlandlı Arne Slotun Stiven Cerardla əvəzlənməsi gündəmdədir. 45 yaşlı mütəxəssisin sabiq komandasını çalışdırmaq fikrinə müsbət yanaşdığı bildirilir. O hazırda işsizdir.
Qeyd edək ki, Stiven Cerard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub və 504 matçda 120 qol vurub. Adıçəkilən komanda hazırda Premyer Liqada 23 xalla 8-ci sırada yer alıb.
Onu da bildirək ki, "Liverpul" – "Qarabağ" oyunu yanvarın 28-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
