Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçirilib.
Prosport.Az xəbər verir ki, günün yeganə qarşılaşmasında "Şamaxı" səfərdə "Karvan-Yevlax"a qalib gəlib -3:0.
Şamaxı təmsilçisi 17 xalla turnir cədvəlinin 7-ci sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu - 12-cidirlər.
Qeyd edək ki, turun açılış görüşündə "Zirə" "Qarabağ"la bərabərə qalıb - 1:1. Tura dekabrın 9-da yekun vurulacaq.
