Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf DÇ-2026-nın püşkatma mərasimində iştirak etmək üçün ABŞ-nin paytaxtı Vaşinqtonda səfərdə olan zaman Özbəkistan Futbol Assosiasiyasının (UFA) vitse-prezidenti Ravşan İrmatovla görüşüb.
Prosport.Az xəbər verir ki, görüş zamanı 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının təşkili və keçirilməsi ilə bağlı müxtəlif məsələlər müzakirə edilib.
Eləcə də assosiasiyalar arasında müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi barədə fikir mübadiləsi olub.
