Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Rəşad Sadıqovdan hər oyunda sürpriz gözləyirik" – Qurban Qurbanov
    6.12.2025 19:33:28

    Misli Premyer Liqasının XIV turunun “Zirə” – “Qarabağ” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.

    – Oyun keyfiyyətli olmasa da, gərgin mübarizə getdi. Futbolçular çox güc itirdilər. Biz də kubokda oynamışdıq, “Zirə” də. Rəqibimizin kubok matçı 120 dəqiqə olmuşdu. Bəlkə dinamika yox idi. Amma meydanda mübarizə getdi. Hər iki komanda 1 xala layiq idi. İki komanda da çox əziyyət çəkdi. Oyundan-oyuna qarşımızda daha çətin, daha formalaşmış, daha geniş düşüncəli “Zirə” görürük. Rəşad Sadıqovdan hər oyunda sürpriz gözləyirik. Oyunun gedişində hər dəfə bunu hiss edirik. Yaxşı rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram.

    – Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?
    – O, üç mövqedə oynamağı bacaran futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm “10 nömrə”, həm də vinger kimi oynamağı bacarır. Universal futbolçudur. Oyunun gedişatına görə bu cür addım atdıq. “Zirə” birə-bir mübarizələrdə çox yaxşı oynayır. Müdafiə davranışında cəsarətli və aktivdirlər. Montieldən çox razı qaldım. Hər dəfə məndə onun haqda pozitiv fikirlər formalaşır.

    – “Ayaks”la matça start heyətində çıxa bilər?
    – Tam hazır deyil. Bəlkə bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır ki, bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında hansısa dəyişiklik ola bilər. Bundan əvvəlki matçda 90 dəqiqə oynamışdı, ondan 3 gün sonra özünə gəldi. Özü deyirdi ki, çox yorulmuşdum. Qarşıdakı günlərdə baxacağıq, görək, bərpası necə olur. Ona uyğun addım atacağıq. Oyundan-oyuna daha hazırlıqlı olur.

    – Həm rəqib, həm də baş hakim icazə vermədi ki, fasilələlər çox olsun. Bu, “Ayaks”la oyunöncəsi yaxşı təsir göstərə bilər?
    – Biz hakimlərə deməmişdik ki, fasilə verməyin. Hər oyun bu cür davamiyyətli olmalıdır. İstənilən futbolçu o rejimə, o tempə uyğunlaşmalıdır. Oyun nə qədər çox dayansa, azarkeşlər üçün də maraqsız olur.

    – Bir epizodda Abdullah Zubir əsəblərini cilovlaya bilmədi. Onun davranışına reaksiyanız necədir?
    – Məni həmişə sakit görürsüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilovlasınlar. O da futbolçudur, emosiyalarını büruzə verə bilər.

    – “Ayaks”la görüş həlledicidir. Komanda oyuna nə qədər hazırdır? Rəqibi təhlil etmisiniz?
    – Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə 2 oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq.

    – Ramil Şeydayev “Qarabağ”dakı ilk dövründə normal səviyyəyə gəlmişdi. Bəs bu dəfə necə, əvvəlki formasına qayıdacağına inanırsınız?
    – İstəklidir, amma bəlkə daha çox şans versək, idman formasını tez bərpa edər. İstənilən futbolçu üçün oyun sayı, oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə də, istəkli olsa da, oyun tam fərqlidir. Razı qaldığım odur ki, istəkli və intizamlıdır. Komanda var ki, uğur üçün ikinci heyət daha faydalı olur. Bu cür matçlarda sənə nəticə olaraq kömək edirlər, əsas heyət oyunçuları üçün rəqabət yaradırlar. Şərt deyil ki, bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. 20 futbolçunun məşqdə aktiv olmasının komandanın idman formasını saxlamasına böyük faydası var.

    Futbol

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32
    Futbol

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27
    Futbol

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42
    Futbol

    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - FOTOLAR

    24.07.2026 13:39:22
    Futbol

    "Neftçi" cavab oyununa tam fərqli motivasiya ilə çıxacaq" - Yeqor Filipenko

    24.07.2026 13:18:38
    Futbol

    "Qarabağ"dan "Seltik"ə transfer Duranın karyerasında böyük sıçrayış deməkdir" - Şotlandiya mətbuatı

    24.07.2026 12:50:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Zirə" və "Neftçi"nin cavab oyunlarının hakimləri bilindi

    24.07.2026 15:10:32

    UEFA Kamal Umudlunu Albaniyaya göndərir

    24.07.2026 14:54:27

    "Qarabağ"ın səfər oyunu 100 avroya

    24.07.2026 14:19:42

    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi - FOTOLAR

    24.07.2026 13:39:22

    "Neftçi" cavab oyununa tam fərqli motivasiya ilə çıxacaq" - Yeqor Filipenko

    24.07.2026 13:18:38

    "Qarabağ"dan "Seltik"ə transfer Duranın karyerasında böyük sıçrayış deməkdir" - Şotlandiya mətbuatı

    24.07.2026 12:50:16

    "Qarabağ"ın sol cinah oyunçusu məni heyran etdi" - Teodor İvanov

    24.07.2026 12:17:24

    Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

    24.07.2026 11:48:55

    "Mərhələni keçmək əsas hədəfimizdir" – Abdullah Zubir

    24.07.2026 11:11:18

    "Qarabağ"ın heyətində hər kəs təhlükəlidir" – MOİK-in futbolçusu

    24.07.2026 10:57:15

    "İndiyədək heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam" - Xoni Montiel

    24.07.2026 10:56:12

    Onur Quluzadəni Qazaxıstana göndərdilər

    24.07.2026 10:30:08

    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişmədi

    24.07.2026 10:00:59

    "Limitin ləğvinin məğlubiyyətimizə aidiyyatı yoxdur" - Rəşad Sadıqov

    23.07.2026 23:51:19

    "MOİK-in futbolçuları birəbir müdafiədən həzz alırlar" - Qurban Qurbanov

    23.07.2026 23:13:03
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved