"Qarabağ" Belçikanın II divizionunda çıxış edən "Lyej"in hücumçusun Umar Diufa maraq göstərir.
Prosport.Az africafoot-a istinadən xəbər verir ki, Azərbaycan çempionu ilə yanaşı, Belçika I Liqasında çıxış edən "Sint-Treyden" və İspaniya Sequndasından bir komanda da seneqallı forvardı yaxından izləyir.
"Lyej" 22 yaşlı futbolçusuna 2 milyon avro qiymət qoyub.
Umar Diuf cari mövsümdə "Lyej"in heyətində 17 matçda 8 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə 2027-ci ilin yayınadək müqaviləsi var. Müqavilədə müddətin sonradan daha 1 il uzadılma şərti mövcuddur.
