Ötən mövsüm "Sabah"a Azərbaycan Kubokunu qazandıran Vasili Berezutskinin işsiz günləri başa çatmaq üzrədir.
Prosport.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə "Ural"dan təklif gəlib.
Hazırda I Liqada 2-ci pillədə yer alan Yekaterinburq təmsilçisi Berezutski ilə ilkin razılıq əldə edib.
Yaxın günlərdə onun rəsmi təyinatı gözlənilir.

