"Qarabağ"ın futbolçusu Musa Qurbanlının transfer qiyməti açıqlanıb.
Prosport.Az İtaliya mətbuatına istinadən məlumat verir ki, "Torino" 21 yaşlı hücumçu üçün təxminən 5 milyon avro xərcləməlidir.
Qurbanlının transfer ehtimalı isə 25 faiz olaraq göstərilib.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

