Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində cəmi 19 qol vurulub.
Prosport.Az xəbər verir ki, 8 oyunun baş tutduğu mərhələdə orta məhsuldarlıq 2,375-ə bərabər olub.
Bu, son 14 mövsümün ən aşağı göstəricisidir. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/2012-ci illər mövsümündə təsadüf olunub. Həmin vaxt 7 qarşılaşmada 14 qol vurulub. Orta göstərici 2,00-a bərabər olub.
Qeyd edək ki, ötən mövsüm 1/8 final matçlarında 27 qol qeydə alınmışdı.

